Tube Multicell Compound nə deməkdir?
Bu bizim son iki nəaliyyətimizi özündə birləşdirən texnologiyadır: rezin qarışığının mikroməsaməli quruluşu və bite-hissəciklər. Tube Multicell Compound hesabına WS60 şini buz səthlərdə adi metal tikanlardan istifadə etmədən əla ilişikliyə nail olur.
Tube Multicell tərkibi haqqında daha ətraflı
Bridgestone şirkəti ən yaxşı mühəndislərin işini və böyük investisiyaları tikansız qış şinlərinin təkmilləşdirilməsinə yönəltmişdir. Tikansız qış şinləri qış mövsümündə sürücülərə lazım olan yüksək təhlükəsizlik və rahatlığı təmin edir. Bridgestone WS60 şinlərində rezinin mikroməsaməli tərkibinin dördüncü - ən sonuncu Multicell Compound nəslindən istifadə edilir. O, öz sələflərindən suyu kontakt ləkəsindən daha tez və effektiv xaric edən mikroməsamələrin və mikrodrenaj kanalların çoxluğu ilə fərqlənir.
Protektor
Xüsusilə WS60 şinləri üçün qar və palçıq üzərində hərəkətin modelləşdirilməsinin istifadəsi ilə geniş düz və uzanan köndələn arxları olan, az sayda boşluqlu, eləcə də, protektorun özünün böyük eni və çiyin blokunun iri sahəsi olan tam yeni protektorun biristiqamətli şəkli işlənib hazırlanmışdır. Protektorun yeni şəkli təkcə buz və qar üzərində deyil, asfalt üzərində də effektiv ilişməni təmin edir. Yuxarıda qeyd edilən bütün üstünlüklər WS60 şinlərini universal edir və onun istənilən səthə uyğun gəlməsinə şərait yaradır.
3D-lamel
WS60 şini yeni üçölçülü lamellərin tətbiqi ilə yaradılmışdır. Onların istifadəsi kənar effektin yüksəlməsini, protektorun blokunun eyni əlaqə sahəsini saxlanmasını, ləkə kontaktı üzrə təzyiqin bərabər paylanmasını və səth ilə yaxşı ilişməni təmin edir. Bridgestone mühəndisləri tərəfindən mərkəzi hissədə lamelin kəsiyi dəyişdirilmiş və lamellər arasındakı intervallarda dayaq dirəyi əlavə edilmişdir. Bu halda tormozlama halında yüksək ağırlıq şəraitində protektor blokunun yüksək məhkəmliyi və hərəkətsizliyi təmin olunur. Buna görə də, WS60 şini təkcə qar və buz üzərində deyil, quru və yaş yolda belə yüksək hərəkət göstəriciləri nümayiş etdirir.
1 CAP texnologiyası
WS60 şininin konstruksiyasında yeni 1CAP texnologiyasından istifadə edilmişdir. Onun effektivliyinin sirri protektor zonasında əlavə tikişsiz möhkəmləndirici təbəqənin istifadəsidir. Protektor daha məhkəm olur və kontakt ləkəsindən palçığı daha effektiv xaric edir. 1CAP texnologiyası hesabına hətta aşağı profilli şinlərdə ərimiş qar və palçıq prtektorun mərkəzi hissəsinin altında qalmır, bu da yolun səthi ilə daha effektiv ilişməni təmin edir.